QHT Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
İclasda mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarla bağlı vəziyyət müzakirə olunub, bu sahədə problemin öyrənilməsi və tövsiyyələrin hazırlanması üzrə işçi qrup formalaşdırılıb.
Daha sonra ləğv olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən dövrdən qalmış öhdəlikləri barədə məsələ müzakirə olunub. Qərara alınıb ki, Agentliyin strukturu müəyyən olunduqdan sonra Şuranın öhdəlikləri barədə arayış hazırlanaraq Müşahidə Şurasının növbəti iclasında yenidən müzakirəyə çıxarılsın.
Sonda Agentliyin əməkdaşlarının işə götürülməsi ilə bağlı komissiya formalaşdırılıb və bu istiqamətdə müvafiq işlərə başlanılması qərara alınıb.
Azvision.az