Naxçıvanda komanda-qərargah təlimi başa çatdı - VİDEO
Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib. Döyüş atışlarının icrası zamanı tank, motoatıcı, mexanikləşdirilmiş və raket-arilleriya bölmələri şərti düşmən hədəflərini məhv ediblər.
Təlimin kompüter dəstəkli mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb. Təlimin sonunda qərargahların və praktiki fəaliyyətlərə cəlb edilən bölmələrin tapşırıqları icraetmə vərdişlərinin təhlili aparılıb, növbəti təlimlərə hazırlıqla bağlı birləşmə komandirlərinə müvafiq tapşırıqlar verilib.
Azvision.az