“Taliban” Əfqanıstanın Tulak bölgəsini ələ keçirdi

“Taliban” Əfqanıstanın Tulak bölgəsini ələ keçirdi
  12 İyun 2021    Oxunub:1342
“Taliban” hərəkatının yaraqlıları təhlükəsizlik işçiləri ilə qarşıdurma nəticəsində Əfqanıstanın Qor əyalətinin Tulak rayonunda nəzarəti ələ keçirib.
Azvision.az bu barədə “TOLOnews”a istinadla xəbər verir.

Məlumata görə, silahlılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar cümə günü axşam saatlarında baş verib. Tulak bölgəsinin qubernatoru radikallarla döyüşdə 20 təhlükəsizlik əməkdaşının öldüyünü, daha 20 nəfərin yaralandığını bildirib. Bundan əlavə, 10 təhlükəsizlik əməkdaşı “Taliban” tərəfindən əsir götürülüb.

Qubernator silahlıların bölgəyə nəzarəti ələ alması barədə məlumatı inkar etsə də, digər mənbələr faktı təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti