Rusiyada virusdan ölənlərin sayı 126 mini ötdü

Rusiyada virusdan ölənlərin sayı 126 mini ötdü
  12 İyun 2021    Oxunub:972
Rusiyada son sutka ərzində koronavirusa 13 510 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 193 964 nəfərə çatıb.

Rusiyada son bir gündə 399 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 126 073 nəfərdir. İndiyədək 4 792 169 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   Rusiya  





Xəbər lenti