Azərbaycanda yeni aeroport

Azərbaycanda yeni aeroport
  29 Mart 2013    Oxunub:1708
Ölkəmizdə yeni aeroportun tikintisi nəzərdə tutulub
Yeni aeroportun inşası üçün Azərbaycanın şimal rayonlarında 3 müxtəlif ərazi təklif olunub. Bu barədə Quba rayonun baş memarı Fikrət Qurbanov məlumat verib.

Onun sözlərinə görə yeni hava limanı Xaçmazda və ya Quba rayonunda inşa edilə bilər. “Mütəxəssislər təklif olunan ərazilərə baxış keçirsələr də, hələlik yekun qərar verilməyib. Tikinti işləri ərazi müəyyən olunduqdan sonra başlayacaq”- Qurbanov deyib.

Xatırladaq ki, hazırda Azərbaycanda 5 beynəlxalq aeroport (Bakıda Heydər Əliyev aeroportu, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala və Qəbələ) fəaliyyət göstərir.


Teqlər:





Xəbər lenti