Erməni təyyarələri üstümüzdən uçacaq

 Erməni təyyarələri üstümüzdən uçacaq
  29 Mart 2013    Oxunub:1329
Ermənistan Azərbaycanın işğal edilmiş ərazisinə mülki təyyarələrinin uçuşuna icazə verəcək
Ermənistanın Mülki Aviasiyasının Baş İdarəsi Azərbaycanın işğal edilmiş ərazisinə mülki təyyarələrinin uçuşuna icazə verəcək. Bu barədə Ermənistan KİV-ləri Ermənistanın Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsisyanın verdiyi məlumatına istinadən xəbər verir.

Konkret tarix barəsində Movsisyan xəbər verməkdən imtina edib.
Movsisyanın sözlərinə görə, uçuşlar Ermənistanın 19-yerli təyyarələri həyata keçirəcək. Uçuş müddəti 45-50 dəqiqə təşkil edəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


Teqlər:  





Xəbər lenti