Dünyada kiberhücüm təhlükəsi yaşanır

Dünyada kiberhücüm təhlükəsi yaşanır
  06 Mart 2014    Oxunub:1588
Avropa və Asiyanın ev marşrutlayıcılarına qarşı kiberhücum həyata keçirilib.
AzVision.az `Xaker` portalına istinadən xəbər verir ki, ABŞ-ın “Team Cymru” şirkəti Avropa və Asiyanın 300 min ev marşrutlayıcısına qarşı törədilmiş genişmiqyaslı kiberhücumu tədqiq edir. Hücumların çoxu Hindistan, İtaliya və Vyetnamın marşrutlayıcılarına qarşı həyata keçirilib.

Cinayətkarlar marşrutlayıcılarda “DNS” funksiyalarını dəyişməklə DNS-sorğuları onların nəzarətində olan “5.45.75.11” və “5.45.75.36” serverlərinə yönəldiblər. Bunun sayəsində “MiTM” hücum həyata keçirilib və orijinal domenlərin IP-ünvanları dəyişdirilib. Cinayətkarların məqsədinin trafikdən qazanc əldə edilməsi və infrastruktur botlarının satışı olması güman edilsə də, “Team Cymru”nin apardığı araşdırma zamanı bununla bağlı dəlillər aşkar edilməyib. Belə ki, onların sınaqdan keçirdikləri DNS-sorğuların hamısı “5.45.75.11” və “5.45.75.36” serverlərindən adi DNS-serverlərə yönəldilib.

Aparılan təhlillər zamanı məlum olub ki, marşrutlayıcılarda funksiyalar konkret bir istehsalçının deyil, müxtəlif şirkətlərin bir sıra modellərində (D-Link, Micronet, Tenda, TP-Link və s.) dəyişdirilib. Məşhur “DNSChanger” proqramında olduğu kimi, hücumun qurbanları yuxarıda göstərilən saxta DNS-serverlər fəaliyyətini dayandıracağı halda rabitəsiz qalma riski ilə üzləşə bilər.

Müxtəlif marşrutlayıcı modellər üçün ayrı-ayrı eksploytlardan (proqram təminatında aşkar edilmiş boşluqlardan istifadəyə icazə verən proqram kodu) istifadə edilib. Bundan başqa, bu yaxınlarda “ZyXEL” modemlərində autentifikasiyadan yan keçmə və “TP-Link” modemlərində “CSRF” boşluqlardan istifadə üsulu aşkar olunub. “CSRF” boşluqlarının yoluxdurulması fərdi kompüterin marşrutlayıcı funksiyalarını lokal şəbəkə daxilindən dəyişdirən zərərli “JavaScript” proqramlaşdırma dili vasitəsilə həyata keçirilib.


Teqlər:





Xəbər lenti