Dmanisidəki insidentlə bağlı cinayət işi açılıb - AÇIQLAMA

  17 May 2021    Oxunub :1559
 Dmanisidəki insidentlə bağlı cinayət işi açılıb -  AÇIQLAMA
Dmanisidə baş verən insidentlə bağlı cinayət işi açılıb.
Bunu Azvision.az -a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev deyib.

Deputat bildirib ki, Gürcüstanın daxili işlər naziri və dövlət təhlükəsizlik xidmətinin rəisi hadisə yerinə gəliblər. S.Mirzəyevin sözlərinə görə, hadisə ilə əlaqədar araşdırma aparılır, qanun çərçivəsində lazım olan tədbirlər görülür.

Xatırladaq ki, ötən gün Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş verib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Gürcüstan   Dmanisi