Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinlədi

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinlədi
  17 May 2021    Oxunub:2480
Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Nazir   Təlim  





Xəbər lenti