İşıqfora məhəl qoymayan mindən çox piyada cərimələndi

 İşıqfora məhəl qoymayan mindən çox piyada cərimələndi
  17 May 2021    Oxunub:1364
Cari ilin 4 ayı və may ayının 15 günündə 1065 nəfər işıqforun tələblərinə məhəl qoymadan hərəkət zolağına çıxmasına görə cərimə edilib.
Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib. O bildirib ki, hesabat dövründə yola yaxınlaşmaqda olan avtomobillərin qarşısına çıxmasına görə 2044 nəfərə cərimə tətbiq edilib.

"Eyni zamanda, qırmızı və göy işıq quraşdırılmış nəqliyyat vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk etməməyə görə 43 nəfər, dəmir yolu keçidi və yolu müəyyən olunmamış ərazidən keçməyə görə 2106 nəfər piyada barəsində inzibati cərimə tətbiq edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Piyada  





Xəbər lenti