“Sərhəddə hər hansı toqquşma baş verməyib” - İlham Əliyev

“Sərhəddə hər hansı toqquşma baş verməyib” -  İlham Əliyev
  17 May 2021    Oxunub:6629
Xəbər verdiyimiz kimi, mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb.

Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir.

Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Azvision.az



Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti