Ermənistanda yoluxma sayı 221 minə çatır

 Ermənistanda yoluxma sayı 221 minə çatır
  17 May 2021    Oxunub:1656
Ermənistanda son sutka ərzində daha 67 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 220 927 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4333-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1060 nəfərdir.

Aktiv xəstələrin sayı 6635 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti