“Ter-Petrosyan Koçaryandan qisas almaq istəyir” - Aqvanyan

 “Ter-Petrosyan Koçaryandan qisas almaq istəyir” -  Aqvanyan
  17 May 2021    Oxunub:1848
Sabiq prezident Levon Ter-Petrosyanın parlament seçkilərində iştirakla bağlı qərarı bir məqsədi güdür – Robert Koçaryanla mübarizə aparmaq.
Azvision.az xəbər verir ki, bu barədə erməni siyasətçi Aqvan Vardanyan “Facebook” hesabında yazıb.

“Bu, onun qisas almaq üçün son şansıdır. Və o, güzəştə getməyəcək. Koçaryan qalib gəlsə, dövlət ayağa qalxa biləcək, 23 illik intiqam da mənasız olacaq".

Xatırladaq ki, Aqvanyan 1998-ci ildə Ermənistan prezidentliyinə namizəd Robert Koçaryanın təşviqat qərargahının mətbuat xidmətinin rəhbəri olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti