Bu şəxslərə Prezident təqaüdünün verilmə qaydası müəyyənləşdi

 Bu şəxslərə Prezident təqaüdünün verilmə qaydası müəyyənləşdi
  17 May 2021    Oxunub:1994
Aylıq müavinətin, təqaüdün və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin və məlumatların siyahısına dəyişiklik edilib.

Azvision.az -ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün əmək kitabçasının surəti və fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti tələb olunacaq.

Azvision.az


Teqlər: Prezident-təqaüdi  





Xəbər lenti