ABŞ və Fransa rəsmiləri Qarabağı müzakirə ediblər

  17 May 2021    Oxunub :1406
ABŞ və Fransa rəsmiləri Qarabağı müzakirə ediblər
ABŞ-ın dövlət katibi Entoni Blinken Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Azvision.az xəbər verir ki, bu barədə Blinken Tvitter hesabında yazıb.
“Jan İv Lö Drian ilə israillilərlə fələstinlilər arasında davam edən zorakılıqdan narahatlığımızı ifadə etdik. Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə ehtiyac olduğunu müzakirə etdik”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: EntoniBlinken