Bir gündə 12 mindən çox insan virusdan öldü

Bir gündə 12 mindən çox insan virusdan öldü
  17 May 2021    Oxunub:1466
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 163 milyon 724 min 238 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 393 min 440 nəfərdir. İndiyədək 142 milyon 190 min 963 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka ərzində 658 min 585 nəfər koronavirusa yoluxub, 12 034 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 715 951 nəfər virusa yoluxub, 600 147 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 24 965 463 nəfərdə virus aşkar edilib. Xəstələrdən 274 411 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 15 627 475 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 435 823 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 877 787 yoluxma, 107 616 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 117 374 nəfər virusa yoluxub ki, onlardan 44 760-ı ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti