Putin Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırdı

   Putin Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırdı
  17 May 2021    Oxunub:2469
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın iki mədəniyyət xadimini mükafatlandırıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Putin müvafiq fərman imzalayıb.

Rusiya Prezidentinin fərmanına əsasən, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev “Puşkin” medalı ilə, teatrın baş rejissoru Aleksandr Şarovski “Dostluq” ordeni ilə təltif olunub.

Onlar Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və Azərbaycanda rus teatr sənəti ənənələrinin qorunub saxlanılmasına verdikləri töhfələrə görə mükafatlandırılıblar.

Azvision.az


Teqlər: Putin  





Xəbər lenti