İranda 592 nəfər prezident olmaq istəyir

  İranda 592 nəfər prezident olmaq istəyir
  17 May 2021    Oxunub:2191
İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 592 nəfər qeydiyyatdan keçib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Mərkəzi Seçki Qərargahının rəhbəri Camal Əraf deyib. O, namizədlərin qeydiyyata alınması prosesinin mayın 11-dən 15-dək davam etdiyini bildirib.

Prezident seçkiləri haqqında qanuna edilən dəyişikliklərə əsasən, İranda prezident seçilmək üçün mübarizəyə qoşulanların yaşı 40-dan aşağı və 75-dən yuxarı olmamalı, idarəçilik təcrübəsi və elmi dərəcəsi olmalıdır. Məsuliyyətə cəlb olunmuş şəxslər namizədliklərini irəli sürə bilməzlər.

İran qanunlarına görə, qeydiyyata alınan namizədlərin seçki prosesinə qatılması Konstitusiyanı Mühafizə Şurasından asılıdır. Belə ki, namizədlər adıçəkilən Şura tərəfindən 10 gün müddətində nəzərdən keçiriləcəklər.



Qeyd edək ki, namizədlər arasında İranın ictimai-siyasi həyatında böyük nüfuza malik olan şəxslər də var. Onların sırasında sabiq prezident Mahmud Əhmədinejad, İranın birinci vitse-prezidenti İshaq Cahangiri, parlamentin sabiq sədri Əli Laricani, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi və digərlərinə rast gəlmək olar.

Azvision.az


Teqlər: İran   Seçki  





Xəbər lenti