İƏT İsrail-Fələstin münaqişəsinə dair sənəd qəbul edib

  17 May 2021    Oxunub :1624
İƏT İsrail-Fələstin münaqişəsinə dair sənəd qəbul edib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrail-Fələstin münaqişəsi ilə bağlı sənəd qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşə Səudiyyə Ərəbistanı sədrlik edib. İƏT-in qəbul etdiyi sənəddə İsrailin Fələstin ərazisinə təşkil edilən hücumları dərhal dayandırması tələb olunub.

Azvision.az

Teqlər: İƏT   Fələstin   İsrail