Səfir Qəzzadakı müharibəni terrora qarşı mübarizə adlandırdı

  16 May 2021    Oxunub :1671
 Səfir Qəzzadakı müharibəni terrora qarşı mübarizə adlandırdı
"İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında "terror infrastrukturunu" məhv etmək üçün əməliyyatı davam etdirmək niyyətindədir".
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Çvi bildirib.

Səfir qeyd edib ki, onlar terrorla mübarizə aparırlar

"Bu terrora qarşı bir müharibədir. Qəzzadan gələn atəş davam edir. 2 mindən çox raket atılıb. Atışlar İsrailin demək olar ki, bütün cənub nöqtələrindən Tel-Əvivə qədər davam edir. Və bu həyatdır - hər dəfə bomba sığınacağında gizlənməli, sonra çıxıb həyata davam etməli olursan. Ancaq insan buna alışa bilməz. Əgər bu əməliyyatı bitirməsək, bizə raket atanlar bu gün də olmasa, sabah buna davam edəcəklər. Nə qədər ki, bütün terror infrastrukturu məhv olunmayıb, əməliyyatı bitirməyin mənası yoxdur. Çünki bir, iki, fərqi yoxdur neçə il keçəcək, hər şey yenidən baş verəcək. Biz bunların təkrarlanmasına, ölkəmizin girov saxlanmasına imkan vermərik", - deyə səfir, Rusiya Yəhudi Konqresinin təşkil etdiyi "İsrail ilə terrora qarşı" həmrəylik tədbirində çıxışı zamanı bildirib.

Tural Tağıyev
Azvision.az

Teqlər: İsrail   Səfir   Rusiya