Ərdoğan Ruhani ilə Qəzzadakı gərginliyi müzakirə edib

Ərdoğan Ruhani ilə Qəzzadakı gərginliyi müzakirə edib
  16 May 2021    Oxunub:2278
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın dövlət başçısı Həsən Ruhani arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, prezidentlər İsrail-Fələstin qarşıdurmasını və Türkiyə-İran əlaqələrini müzakirə ediblər.

Ərdoğan Türkiyənin İsrailin Fələstin istiqamətində hücumlarına qarşı münasibətini ən sərt şəkildə ortaya qoyduğunu və bu mövqeyi davam etdirəcəyini bildirib. O, həmçinin İslam dünyasının bu çərçivədə fikir və hərəkət birliyində olmasının vacibliyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HəsənRuhani   Ərdoğan  





Xəbər lenti