“Paşinyanın yenidən dirçəlməsinə yol vermək olmaz” - Ter-Petrosyan

 “Paşinyanın yenidən dirçəlməsinə yol vermək olmaz” -  Ter-Petrosyan
  16 May 2021    Oxunub:2288
Nikol Paşinyan hakimiyyətinin yenidən dirçəlməsinə yol vermək olmaz.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

O, ikinci prezident Robert Koçaryanın da seçkidə qələbəsini istisna edib: “Onlardan biri (Paşinyan, Koçaryan - red.) qalib gəlsə, daxili siyasi mübarizə davam edəcək və aktual problemləri həll etmək imkanı olmayacaq. Daxili sabitlik davam edəcək, lakin mühacirətin tempi sürətlənəcək", - Ter-Petrosyan əlavə edib.

Xatırladaq ki, Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi 20 iyunda keçiriləcək erkən parlament seçkilərinə qatılacaq. Partiyanın seçki siyahısına sabiq prezident özü rəhbərlik edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: LevonTer-Petrosyan  





Xəbər lenti