İsrail-Fələstin qarşıdurmasında ölənlərin sayı artıb

 İsrail-Fələstin qarşıdurmasında ölənlərin sayı artıb
  16 May 2021    Oxunub:2193
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölən fələstinlilərin sayı 181-ə yüksəlib. Onların 52 nəfəri uşaqdır.
Azvision.az xəbər verir ki, bu barədə Qəzzanın səhiyyə işçiləri məlumat yayıb.

"Münaqişənin gərginləşməsindən bəri İsrailin hava hücumları zamanı ölənlərin ümumi sayı 52-si uşaq və 21-i qadın olmaqla 181 nəfərdir. 1225 nəfər isə yaralanıb", - açıqlamada vurğulanıb.

Tibb işçiləri Qəzzadakı binaların dağıntıları altında axtarış işlərinin davam etdirildiyini bildiriblər. Ölü sayının artacağı istisna edilmir.

İsrailin xidmət komandiri, general Ori Qordin isə qarşıdurma başlayandan indiyədək 10 İsrail vətəndaşının öldüyünü, 50 nəfərin ağır yaralandığını, yüzlərlə insanın xəsarətlər aldığını deyib.

"On nəfər ölüb, dəqiq sayını bilmirəm, ancaq indiki eskalasiya mərhələsində təxminən 50 nəfər ağır yaralanıb, yüzlərlə insan xəsarət alıb”, - general bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəzza   İsrail   Fələstin  





Xəbər lenti