Dehlidə karantin növbəti dəfə uzadıldı

Dehlidə karantin növbəti dəfə uzadıldı
  16 May 2021    Oxunub:2146
Hindistanın paytaxtı Dehlidə koronavirusa yoluxma hallarının artması səbəbindən karantin rejimi dördüncü dəfə uzadılıb.
Azvision.az xəbər verir ki, bu barədə Dehlinin baş naziri Arvind Kecrival bildirib.

Onun sözlərinə görə, karantin müddətində yaxşılaşma müşahidə olunur və yoluxma halları azalır.

“Son bir neçə gündə qazandığımızı itirmək istəmirik. Qapanma müddətini bir həftə daha artırırıq. Dehlidə lokdaun sabah sabah saat 5-dən etibarən mayın 24-dək uzadılır", - Kecrival əlavə edib.

Dehli bir neçə həftədir ki, koronavirusa yoluxma hallarına görə Hindistan əyalətləri arasında ilk yerdədir. Son məlumatlara əsasən, şəhərdə gündəlik yoluxma 6,4 minə çatıb, ümumilikdə 66 mindən çox insan koronavirusdan müalicə alır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Karantin   Dehli   Hindistan  





Xəbər lenti