EKSKLÜZİV | `Qarabağda irəliləyiş gözləmirəm` - Metyu Brayza

EKSKLÜZİV | `Qarabağda irəliləyiş gözləmirəm` - Metyu Brayza
  06 Mart 2014    Oxunub:1617
“Mən yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olacağını gözləmirəm”. Bu sözləri AzVision.az saytına müsahibəsində Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
- Amma şadam ki, Ceyms Uorlik kimi əla diplomat hazırda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrdir. O, Minsk qrupuna enerji, optimizm və kreativlik gətirəcək,- deyə Brayza əlavə edib.

Onun sözlərinə görə, hazırda İlham Əliyev və Serj Sarqsyan çətin qərarları qəbul etmək üçün bir- birinə etimada malik deyillər. “İrəliləyişə nail olmaq üçün, düşünürəm ki, ABŞ dövlət katibi və prezidenti Rusiyadan olan həmkarlarla görüşəndə Dağlıq Qarabağ məsələsini öz gündəliklərinə daxil etməlidirlər”,- deyə Brayza əlavə edib.

Onun sözlərinə görə, hazırda Ukraynadakı böhran ABŞ və Rusiya prezidentləri arasında konstruktiv dialoqun qurulmasını çətinləşdirir.

Əlibəy Dağıstanlı
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti