Rusiya dost olmayan ölkələri açıqladı

Rusiya dost olmayan ölkələri açıqladı
  15 May 2021    Oxunub:7276
Rusiya hökuməti dost olmayan xarici dövlətlərin siyahısını açıqlayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, siyahı hökumət sənədlərinin toplusu olan rəsmi portalda dərc edilib.

Siyahıya yalnız iki dövlətin adı daxil olunub. Bunlar ABŞ və Çexiyadır.

Məlumata əsasən, Rusiya prezidentinin 23 aprel tarixli sərəncamı bu ölkələrə münasibətdə tətbiq ediləcək. Sərəncama uyğun olaraq, Çexiyanın Rusiyadakı diplomatik nümayəndəliyinə 19-a yaxın yerli vətəndaşı işə götürmək icazəsi verilib. ABŞ səfirliyi isə ümumiyyətlə belə imkandan məhrum olunub.

Qeyd edək ki, məhdudiyyətlər həmin ölkələrin diplomatik nümayəndəlikləri ilə Rusiyada qeydiyyatda olan hüquqi şəxslər arasındakı münasibətlərə də aiddir.

Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti