Bu il daha çox ölüm ola bilər - ÜST-dən xəbərdarlıq

Bu il daha çox ölüm ola bilər -  ÜST-dən xəbərdarlıq
  14 May 2021    Oxunub:7717
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus pandemiya ilə bağlı yeni açıqlama verib.

Azvision.az xəbər verir ki, o, COVID-19 pandemiyasının ikinci ilində insan itkilərinin sayının artmasını istisna etməyib, virusun əvvəlki ildən daha çox ölüm gətirə biləcəyini bildirib.
Bundan əlavə, ÜST rəhbəri vaksinasiyanı vacib sayıb: "COVID-19 artıq 3,3 milyon insanın həyatına son qoyub. Pandemiyanın ikinci ilinə qədəm qoymuşuq ki, bu ildə əvvəlkindən daha çox ölümlər baş verə bilər".

Eyni zamanda, ÜST vaksinasiyanın virusun yayılmaması üçün 100 faizlik effekt verən müalicə üsulu olmadığını açıqlayıb. Çünki peyvəndlənən insanlar da xəstələnə bilərlər. Lakin onlar xəstəliyi daha yüngül formada keçirirlər.

Məhdudiyyətlərin və ya maska taxmaqla bağlı xüsusi rejimin ləğvi qərarlarına gəldikdə isə, bu, ölkələrdə vaksinasiyadan keçən insanların sayına görə yox, COVID-19-un yayılma səviyyəsinə əsaslanmalıdır.

Tural Tağıyev
Azvision.az


Teqlər: ÜST   Pandemiya   Peyvənd  





Xəbər lenti