Kazan məktəbində bomba həyəcanı yaşandı

   Kazan məktəbində bomba həyəcanı yaşandı
  14 May 2021    Oxunub:2159
Bu gün Rusiyanın Kazan şəhərində məktəblərdən birində bomba həyəcanı yaşanıb.
Azvision.az xəbər verir ki, şəhərin 27 saylı məktəbinə bomba qoyulması barədə məlumat yayıldıqdan sonra təxminən 80 şagird təxliyə edilib.

"Rəhbərliyə 27 saylı məktəbdə partlayıcı qurğu olması barədə xəbər daxil olduqdan sonra uşaqlar 41 saylı məktəbə təxliyə edilib",- deyə yerli media yazıb.

Şəhər rəhbərliyinin yaydığı məlumata görə, bomba barədə daxil olan zəng yalan xəbər olub.

Tural Tağıyev
Azvision.az


Teqlər: Bomba   Kazan  





Xəbər lenti