Ceyhun Bayramov Stefano Sannino ilə danışdı

   Ceyhun Bayramov Stefano Sannino ilə danışdı
  14 May 2021    Oxunub:1968
14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.
XİN-dən Azvision.az -a verilən məlumata görə, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.

Azvision.az


Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti