AVRO-2020: Biletlər satışa çıxarılır

    AVRO-2020:    Biletlər satışa çıxarılır
  14 May 2021    Oxunub:3395
Mayın 15-dən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.
Azvision.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat verilib.

Biletlərin satış məntəqələri ilə aşağıdakı cədvəldə tanış ola bilərisiniz:

Bunun üçün 6 satış məntəqəsi ayrılıb: Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül prospekti, Nizami küç., Bakı), Köşk №3 (Üzeyir Hacıbəyov küç.69x, Bakı), 1 saylı "ASAN xidmət” mərkəzi (Həsən Əliyev küç.36, Bakı), 2 saylı "ASAN xidmət” mərkəzi (Nobel prospekti 23, AMAY T.M., Bakı), 3 saylı "ASAN xidmət” mərkəzi (Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı).

Biletləri, eyni zamanda, https://azvision.az/redirect.php?url=http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

Biletləri qiymətləri:

1-ci kateqoriya - 250 AZN
2-ci kateqoriya - 150 AZN
3-cü kateqoriya - 60 AZN

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu
12 iyun, saat 17:00
Uels – İsveçrə

16 iyun, saat 20:00
Türkiyə - Uels

20 iyun, saat 20:00
Türkiyə - İsveçrə

1/4 final mərhələsi
3 iyul, saat 20:00

AVRO-2020 ilə bağlı ən son yeniliklərdən dərhal xəbərdar olmaq üçün aşağıda göstərilmiş keçidlərdən istifadə etməklə UEFA-nın xüsusi tətbiqini yükləyə bilərsiniz:

İOS istifadəçiləri üçün:
https://apps.apple.com/az/app/

Android istifadəçiləri üçün:
https://play.google.com/store/apps/

Azvision.az


Teqlər: AVRO-2020   Bilet  





Xəbər lenti