Koronavirus İranda daha 202 can aldı

  14 May 2021    Oxunub :1666
Koronavirus İranda daha 202 can aldı
İranda son sutka ərazində koronavirusa 10 145 nəfər yoluxub, 202 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 732 152, ölənlərin sayı isə 76 433-ə çatıb.

Hazırda xüsusi xəstəxanalarda müalicə alan 5468 xəstənin vəziyyəti ağırdır. İndiyədək 2 196 197 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: İran   Koronavirus