Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağaldı

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağaldı
  13 May 2021    Oxunub:6054
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1427 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 328 min 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 311 min 198 nəfər müalicə olunaraq sağalıb, 4742 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 min 728 nəfərdir.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya   Yoluxma  





Xəbər lenti