Ukrayna “Bayraktar”dan istifadəyə hazırlaşır

Ukrayna “Bayraktar”dan istifadəyə hazırlaşır
  13 May 2021    Oxunub:2571
Bu il Ukraynanın hərbi dəniz qüvvələri “Bayraktar” pilotsuz uçuş aparatının ilk partiyasını alacaq.
Bu barədə Ukraynanın Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Aleksey Neijpapa məlumat verib. Onun sözlərinə görə, “Bayraktar” pilotsuz uçuş aparatları Qara və Azov dənizlərinin təhlükəsizliyi üçün istifadə ediləcək.

“Biz gələcəkdə Ukrayna hərbi dəniz qüvvələri üçün pilotsuz uçuş aparatlarından daha çox istifadəyə diqqət ayıracağıq”, - deyə A.Neijpapa əlavə edib.

Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti