İordaniya azərbaycanlıları Heydər Əliyevi yad ediblər

İordaniya azərbaycanlıları Heydər Əliyevi yad ediblər
  13 May 2021    Oxunub:1110
İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a bildirilib ki, tədbirdə İordaniyadakı Azərbaycan diasporunun sədri Zümrüd Dadaşova, diaspor üzvləri Pəri Mirzə, Səbinə Namazova və Kəmalə Süleymanova çıxış ediblər. Soydaşlarımız Ulu Öndərin ömür yolundan və fəaliyyətindən, memarı olduğu müstəqil dövlətimizin gücləndirilməsi istiqamətindəki misilsiz xidmətlərindən, Azərbaycan diasporuna diqqət və qayğısından danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə, eyni zamanda Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT” Fondunun birgə təşəbbüsü ilə şəhid və qazi ailələrinə dəstək məqsədilə mayın 25-də təşkil ediləcək Xeyriyyə Marafonu ilə bağlı videoçarx da nümayiş etdirilib.

Azvision.az


Teqlər: İordaniya  





Xəbər lenti