Putin Nobel Sülh mükafatına namizəd oldu

 Putin Nobel Sülh mükafatına namizəd oldu
  13 May 2021    Oxunub:2522
Nobel Komitəsi Rusiya Prezidenti Vladimir Putini sülh mükafatına namizədlər siyahısına daxil edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya liderini namizəd göstərən akademik, yazıçı Sergey Komkov deyib.

"Məktub aldım, orada “namizədiniz siyahıya daxil edildi" cavabı əksini tapıb", - Komkov bildirib.

Onun sözlərinə görə, namizədlərin ilkin sayı 286 nəfərdir. Akademik Putinin 2014-cü ildə də Nobel Sülh Mükafatı üçün namizədlər siyahısına daxil edildiyini, daha sonra 278 nəfərin namizəd olduğunu xatırladıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti