"HƏMAS" İsraili bombalamaqda davam edəcək

"HƏMAS" İsraili bombalamaqda davam edəcək
  13 May 2021    Oxunub:2133
“HƏMAS”ın hərbi qanadı olan “Əl-Kassam briqadası” İsrailə zərbələr vurmağa davam etməyə hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə briqadanın nümayəndəsi Əbu Ubayda deyib.

“Biz, Təl-Əviv, Qüds, Dimon və digər şəhərlərə zərbələr vurduq, bu döyüşdə hələ də edə biləcəyimiz çox şey var. Əgər, məsələ Qüds və Əl-Əksa məscidindən gedirsə, qırmızı xətlər yoxdur. Təl-Əvivi atəşə tutmaq bizim üçün bir stəkan su içməyə bənzəyir”, - o deyib.

Bundan əvvəl “The Jerusalem Post” İsrail ordusunun Qəzza zolağında quru əməliyyat planlaşdırdıını yazıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: HƏMAS  





Xəbər lenti