Kreml Fələstin-İsrail münaqişəsi ilə bağlı çağırış etdi

Kreml Fələstin-İsrail münaqişəsi ilə bağlı çağırış etdi
  13 May 2021    Oxunub:2527
Fələstin-İsrail münaqişəsi məsələsi yalnız siyasi və diplomatik üsullarla həll edilə bilər.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Əsas odur ki, münaqişə tərəfləri özləri BMT-nin qərar və razılaşmalarından kənarda siyasi və diplomatik həll yollarına alternativ olmadığını başa düşsünlər", - Peskov bildirib.

O, Rusiyanın bununla bağlı səylər göstərdiyini və təmaslar qurduğunu əlavə edib.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağından İsrail ərazisinə ən az 1600 raket atıldığını bildirib. Qarşı tərəf isə İsrailin endirdiyi hava hücumları nəticəsində 67 nəfərin öldüyünü açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fələstin-İsrail  





Xəbər lenti