ÜST-nin baş direktoru peyvənd edildi

 ÜST-nin baş direktoru peyvənd edildi
  13 May 2021    Oxunub:2485
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus koronavirusa qarşı peyvənd edilib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində bildirib.

“Bu gün Cenevrə Universiteti Xəstəxanasında COVID-19-a qarşı peyvənd edilmək növbəm idi. Peyvəndlər həyatı xilas edir və bütün ölkələrdə olması çox əhəmiyyətlidir. Əgər siz də mənim kimi vaksinlərin mövcud olduğu bir ölkədə yaşayırsınızsa, xahiş edirəm ki, növbəniz çatanda peyvənd vurdurun”, - ÜST rəhbəri bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti