Ayasofyada 87 il sonra ilk bayram namazı qılınıb

Ayasofyada 87 il sonra ilk bayram namazı qılınıb
  13 May 2021    Oxunub:968
İstanbulun Ayasofya məbədində 87 il sonra ilk bayram namazı qılınıb.
Azvision.az xəbər verir ki, ibadət mərasimində Türkiyə Böyük Millət Məslisinin sədri Mustafa Şentop, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, İstanbul valisi Ali Yerlikaya və çox sayda vətəndaş iştirak edib.

Xatırladaq ki, keçən il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.

Azvision.az



Teqlər: Ayasofya  





Xəbər lenti