Yunanıstan prezidenti Belarus müxalifətinin lideri ilə görüşdü

  13 May 2021    Oxunub :1760
Yunanıstan prezidenti Belarus müxalifətinin lideri ilə görüşdü
Yunanıstan prezidenti Katerina Sakellaropulu Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanı qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Yunanıstanın Prezident Adminstrasiyası məlumat yayıb. Tixanovskaya ona ölkədəki vəziyyət barədə məlumat verib.

"Sakellaropul Belarusdakı böhranın tez bir zamanda həll olunacağına ümid etdiyini deyib. O, iki xalqı birləşdirən dostluq bağlarını qeyd edib", - məlumatda vurğulanıb.

Tixanovskaya Yunanıstana ölkənin xarici işlər naziri Nikos Dendiasın dəvəti ilə gəlib. Onların videokonfrans vasitəsilə söhbəti 22 aprel tarixində baş tutub.

Xatırladaq ki, 9 avqust 2020-ci ildə Belarusda keçirilmiş prezident seçkilərində MSK-nın rəsmi nəticələrinə görə Aleksandr Lukaşenko 80,1% səs alaraq, altıncı dəfə prezident seçilib. Bundan sonra müxalifətin kütləvi etirazları başlayıb. Tixanovskaya isə ölkəni tərk edərək Avropaya gedib.

11 fevralda Belarus Dövlət Təhlükəsizlik Xidməti ölkədəki vəziyyətin sabitləşdiyini, etirazların zirvəsini keçdiyini və təzahürlərin praktik olaraq yox olduğunu elan edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SvetlanaTixanovskaya