Rusiyada koronavirusdan daha 392 nəfər ölüb

Rusiyada koronavirusdan daha 392 nəfər ölüb
  13 May 2021    Oxunub:2112
Rusiyada son sutka ərzində koronavirusa 8380 yeni yoluxma halı qeydə alınıb .
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 913 439 nəfərə çatıb.

Rusiyada son bir gündə 392 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 114 723 nəfərdir. İndiyədək 4 527 878 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti