Ukraynada virusdan ölənlərin sayı 43 mini ötdü

Ukraynada virusdan ölənlərin sayı 43 mini ötdü
  13 May 2021    Oxunub:2298
Ukraynada son sutka ərzində 6813 nəfər COVID-19 virusuna yoluxub, 346 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxma sayı 2 135 886-ya çatıb, indiyədək 47 333 nəfər virusun qurbanı olub, 1 816 643 xəstə müalicə olunaraq sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti