Bayden mərhum oğlundan danışdı

Bayden mərhum oğlundan danışdı
  13 May 2021    Oxunub:2586
ABŞ lideri Co Bayden hesab edir ki, 2015-ci ildə xərçəngdən vəfat edən böyük oğlu Bo Birləşmiş Ştatların prezidenti olmalı idi.
Azvision.az xəbər verir ki, bu barədə Bayden “MSNBC” kanalına müsahibəsində deyib.

"Mənə həmişə Bo barədə suallar verirsiniz. O, həmin kresloda oturmalı idi", - Bayden əlavə edib.

Baydenin böyük oğlu Bo Delaver ştatının baş prokuroru olub, 2015-ci ildə, 46 yaşında beyin xərçəngindən ölüb. Oğlunu itirən Bayden gözləntilərin əksinə olaraq, 2016-cı il prezident seçkilərində iştirak etmək cəhdindən imtina etdi və bunun ardından Donald Tramp qalib gəldi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CoBayden  





Xəbər lenti