Almaniyada 85 658 nəfər koronavirusdan öldü

Almaniyada 85 658 nəfər koronavirusdan öldü
  13 May 2021    Oxunub:1880
Almaniyada son sutka ərzində 17 419 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, son 24 saatda daha 278 nəfər virusun qurbanı olub.

Epidemiyanın başlanmasından bu günədək Almaniyada 3 565 704 nəfər koronavirusa yoluxub, 85 658 xəstə ölüb. Ümumilikdə isə təxminən üç milyondan çox insan COVID-19-dan sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti