Şuşada bayram namazı qılınıb - VİDEO

Şuşada bayram namazı qılınıb -  VİDEO
  13 May 2021    Oxunub:4450
29 il sonra Ramazan bayramı münasibətilə Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb.
Azvision.az xəbər verir ki, bayram namazı saat 09:00-da başlayıb, televiziyalar vasitəsilə canlı yayımlanıb. Əvvəl Quran tilavət olunub.



Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb. Bayram namazından sonra dualar oxunub. Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.




Azvision.az



Teqlər: Bayram   Şuşa  





Xəbər lenti