Şuşadakı yeni məscid belə olacaq - FOTOLAR

 Şuşadakı yeni məscid belə olacaq -  FOTOLAR
  13 May 2021    Oxunub:3306
Xəbər verdiyimiz kimi, bu gün Şuşada yeni məscidin təməli qoyulub. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
Şuşada inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu nüans 2020-ci ilin noyabrın 8-də Şuşanın işğalçılardan azad edilməsi və həmin tarixin Azərbaycanda Zəfər Günü olması ilə əlaqədardır. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir.

Qeyd edək ki, qədim Şuşada təməli qoyulan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscidin layihələndirilməsi azərbaycanlı və italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək.











Azvision.az


Teqlər: Şuşa   Məscid  





Xəbər lenti