Şuşada tarixi anlar: “Xarıbülbül” festivalı keçirilir - VİDEO

  Şuşada tarixi anlar:  “Xarıbülbül” festivalı keçirilir -  VİDEO
  12 May 2021    Oxunub:8338
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada "Xarıbülbül" musiqi festivalı keçirilir.
Azvision.az xəbər verir ki, Cıdır düzündə təşkil olunan festivalda musiqi kollektivləri çıxış ediblər.

Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir festival keçirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan festivalın iki gün - mayın 12-si və 13-də keçirilməsi nəzərdə tutulub.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilir. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.





Azvision.az


Teqlər: Şuşa   Festival  





Xəbər lenti