Ərdoğan Putinlə Qəzzada baş verənləri müzakirə etdi

 Ərdoğan Putinlə Qəzzada baş verənləri müzakirə etdi
  12 May 2021    Oxunub:5989
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

Azvision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilib ki, ölkə başçıları Qüdsdəki vəziyyəti müzakirə ediblər. Ərdoğan böhran daha da böyümədən BMT Təhlükəsizlik Şurasının işə qarışmalı olduğunu bildirib.
Telefon danışığı zamanı "Sputnik V" peyvəndinin Türkiyəyə göndərilməsi ilə bağlı məsələlərə də toxunulub.

Azvision.az


Teqlər: Ərdoğan   Putin  





Xəbər lenti