YAP-çı deputata 8 Mart şikayəti

YAP-çı deputata 8 Mart şikayəti
  06 Mart 2014    Oxunub:1604
“Dünən bir nəfər mənim Feysbuk səhifəmə bölgələrin birində uşaq bağçalarının birində 8 Mart münasibəti ilə valdeynlərdən pul yığıldığını bildirdi və tədbir görülməsini xahiş etdi”.
AzVision.az-ın məlumatına görə, bunu YAP-çı deputat Aydın Mirzəzadə facebook səhifəsində bildirib.

Millət vəkili şikayətlə bağlı həmin bölgənin icra hakimiyyəti ilə əlaqə saxladığını və məlumatı yoxlamalarını xahiş etdiyini qeyd edib.

“Mən öz üzərimə düşən vəzifəni yerinə yetirdim və nəticəsini də bura yazacağam. Ancaq niyə vətəndaş özü neqtiv hallara qarşı özü mübarizə aparmaq istəmir ? Məsələ ilə bağlı uşaq bağçasının müdirinin yanına gedib, etiraz etmək olardı. Rayon (şəhər) icra hakimiyyəti başçısı aparatının müvafiq şöbəsinə gedib, tədbir görülməsini xahiş edə bilərdi. Başçının, onun müavinlərinin birini yanına gedib, etiraz etmək və məsələni yerində həll etmək olardı.

Bunların heç biri edilmir, heç şübhəm yoxdur ki, sadəcə olaraq bir neçə nəfər öz arasında narazılıq edib, bununla da bitib. Hansı ki, əgər doğrudan da belə məsələ var idisə ( siqnal yoxlanılır), onun qarşısını lap əvvəldən etraz etməklə almaq olar. Ən sadə yol isə pul verməkdən imtina etmək olardı”.

AzVision.az


Teqlər:  





Xəbər lenti