Rusiya satışa çıxarıldı

Rusiya satışa çıxarıldı
  28 Mart 2013    Oxunub:1396
Başqırdıstan sakini Rusiyanı 15 qəpikdən təklif edib.
Başqırdıstan sakini Rusiyanı eBay-internet hərracında başlanğıc qiyməti təxminən 15 qəpik olmaqla satışa çıxarıb. Hərrac martın 30-u axşam saatlarına qədər davam etməli idi, lakin elan heç bir gün də saytda qalmayıb, bir saatdan sonra silinib. Bu qısa vaxt ərzində Rusiyanın qiyməti 100 min dollara qalxıb.

Təklif etdiyi mal barədə məlumat verən satıcı yazıb ki, ölkə “rəsmi olaraq min il istifadə edilib və hazırda normal vəziyyətdədir”. Elanda Kremlin şəkli, Rusiyanın siyasi xəritəsi, “Topol-M” raket qurğusu və qadın futbol azarkeşinin şəkli də yerləşdirilib.

Həmçinin Rusiyanın ərazisi və əhalisinin sayı da qeyd edilib. Satıcı Rusiyanın adının mənasının yunan mənşəli (Rusi) olduğunu da vurğulamağı unutmayıb. Qeyd edək ki, hərracın şərtlərinə görə dövlətlərin hərraca çıxarılmasına heç bir qadağa qoyulmur. Yalnız eBay administrasiyasının elanı silmək hüququ var. Sözügedən elanın silinməsinin səbəbi isə satıcının təklif etdiyi dövlətin həqiqi sahibi olmamasıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti